Ermənistanla Azərbaycan arasında sülh... - Peskov

Ermənistanla Azərbaycan arasında sülh... - Peskov
SİYASƏT 26 May 2023 14:37

Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 26-da jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna baxmayaraq kimsə tələsmir: "Necə deyərlər, qaçan yerimiz yoxdur".

Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli zirvə görüşü olub.