Ceyhun Bayramov Josep Borellə görüşüb

Ceyhun Bayramov Josep Borellə görüşüb
SİYASƏT 15 May 2023 18:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə bildirib.

Görüşdə Azərbaycan ilə Aİ arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.