Ukraynaya silah tədarükünün dayandırılması ilə müharibə bitməyəcək - Podolyak

Ukraynaya silah tədarükünün dayandırılması ilə müharibə bitməyəcək - Podolyak
Dünya 10 May 2023 19:23

Ukraynaya silah tədarükünün dayandırılması heç bir halda genişmiqyaslı müharibəni dayandırmayacaq. Bu yalnız işğalçı qoşunların Ukraynanın suveren ərazisindən çıxarılması ilə mümkündür. 

Sitat.info xəbər verir ki, bu sözləri  Ukrayna Prezident Aparatının rəhbəri Mixail Podolyak Tvitter hesabında yazıb. 

O deyib: 

"Bir daha deyirəm... Ukraynaya silah tədarükünü dayandırmaqla, müharibəni dərhal dayandırmaq qətiyyən mümkün deyil. Bu, sırf təhdiddir. Rusiyanın işğalçı qoşunlarının suveren ərazilərimizdən dərhal çıxarılması müharibənin dayanması üçün yeganə həll yoludur".

Podolyaka görə, Ukraynaya silah tədarükünün dayandırılması yalnız müharibənin miqyasının böyüməsinə, müharibənin başqa ərazilərə köçürülməsinə, müharibə cinayətlərinin artmasına, mülki əhalinin tamamilə məhv edilməsinə səbəb ola bilər. 

Səid İsaoğlu,

Sitat.info