Baxmut istiqamətində qızğın döyüşlər: 120-dən çox rus hərbçisi məhv edildi
Ruslar Baxmutu almağa cəhd etməkdə davam edir. Bu günlər ərzində Baxmut istiqamətində 29 toqquşma olub.
Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Serhiy Çerevatı mayın 8-də bildirib ki, düşmən Ukrayna mövqelərinə top və raket artilleriyasından da 415 dəfə zərbə endirib.
"Altı hava hücumu həyata keçirilib, bu döyüşlərdə 124 işğalçı məhv edilib, 164 nəfər yaralanıb. Düşmənin T-72 tankı, iki "Strij" elektron döyüş stansiyası və beş səhra sursat anbarı da vurulub", - Çerevatı bildirib.
Səid İsaoğlu,
Sitat.info