ABŞ onları geri göndərir, Kolumbiya qəbul etmir

ABŞ onları geri göndərir, Kolumbiya qəbul etmir
Dünya 05 May 2023 16:58

Kolumbiya uçuş zamanı insanlara qarşı "qəddar və ləyaqəti alçaldan rəftara" görə ABŞ-dan qovulmuş miqrantların olduğu təyyarələri qəbul etməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin miqrasiya xidməti bildirib.

Miqrasiya xidmətinin rəhbəri Fernando Qarsia Manosalvanın sözlərinə görə, ölkə hakimiyyəti öz vətəndaşlarından ABŞ-ın saxlanma mərkəzlərindəki pis şərait və rəftarla bağlı daimi şikayətlər alır. Kolumbiya hakimiyyəti miqrantların əllərinə qandal taxılmasını da yolverilməz hesab edir./ Publika.az