Ağstafada ağır qəza - Ölən və yaralananlar var

Ağstafada ağır qəza - Ölən və yaralananlar var
HADİSƏ 29 Aprel 2023 15:24

Ağstafa Rayon Polis Şöbəsinə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.