Rusiya 10 norveçli diplomatı "persona non-qrata" elan etmək qərarına gəlib

Rusiya 10 norveçli diplomatı \"persona non-qrata\" elan etmək qərarına gəlib
Dünya 26 Aprel 2023 17:35

Rusiya Xarici İşlər Nazirliyi Norveçin Moskvadakı səfirliyində çalışan 10 diplomatın “persona non-qrata” elan edilməsinə qərar verdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşləri Nazirliyindən məlumat verilib.

Sözügedən qərarın “düşmən” addımı olduğu və ikitərəfli münasibətləri çətinləşdirdiyi vurğulanaraq, Norveçin Moskvadakı səfiri Robert Kvilenin nazirliyə çağırıldığı bildirilib.

Seymur Bənnayev 

Sitat.info