Ərdoğan özünü pis hiss etdiyinə görə canlı yayım dayandı - VİDEO

Ərdoğan özünü pis hiss etdiyinə görə canlı yayım dayandı - VİDEO
Dünya 26 Aprel 2023 10:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünü pis hiss etdiyinə görə canlı yayım qısa müddətlik dayandırılıb.

Sitat.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Türkiyə lideri jurnalistlərə müsahibə verərkən olub.

Yayım bərpa ediləndən sonra Ərdoğan iki gündür gərgin təbliğat kampaniyasında olduğunu və bir qədər soyuqladığını bildirib.

Prezident buna görə izləyicilərdən üzr istəyib.