Ermənilər Azərbaycanın ABŞ-dəki səfirliyi qarşısında aksiya keçirdi - Video

Ermənilər Azərbaycanın ABŞ-dəki səfirliyi qarşısında aksiya keçirdi - Video
SİYASƏT 25 Aprel 2023 09:36

Ermənilər Azərbaycanın ABŞ-dəki səfirliyinin qarşısında aksiya keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim öz tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, ermənilər aksiya zamanı sülh istədikləri ilə bağlı şüarlar səsləndirsələr də, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı tələblər də dilə gətiriblər: ““Sülh” sözü erməni dilinə “müharibə” olaraq tərcümə olunur?!”