Azərbaycanla Gürcüstan arasında münasibətlər hərbi sahədə də uğurla inkişaf edir - İlham Əliyev

Azərbaycanla Gürcüstan arasında münasibətlər hərbi sahədə də uğurla inkişaf edir - İlham Əliyev
SİYASƏT 24 Aprel 2023 10:59

Azərbaycanla Gürcüstan arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf edir.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbulu zamanı vurğulanıb.

Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.