Azərbaycanlı iş adamı Ukraynada SAXLANILDI

Azərbaycanlı iş adamı Ukraynada SAXLANILDI
HADİSƏ 12 Mart 2022 20:08

Ukrayna Milli Kəşfiyyat Xidmətinin xüsusi bölmələri Zakarpat vilayətində ən iri biznes sahiblərindən biri olan azərbaycanlı iş adamı Vaqif Əliyevi saxlayıblar.

Bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski bildirib.

Onun hansı səbəblərdən dolayı saxlanıldığı məlum deyil.

Lakin ilkin məlumatlara əsasən, guya Vaqif Əliyevin Rusiya pasportu olduğu ehtimal edilib.