Niderlandda qatar qəzası - Ölən və yaralananlar var

Niderlandda qatar qəzası - Ölən və yaralananlar var
HADİSƏ 04 Aprel 2023 09:23

Niderlandda Vorshoten kəndinin yaxınlığında sərnişin qatarı inşaat texnikası ilə toqquşduqdan sonra relsdən çıxıb.

“Sitat.info” “Reuters”ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 30-a yaxın şəxs isə xəsarət alıb.

Ümumilikdə qatarda 50 nəfərin olduğu bildirilir. Hazırda hadisə yerində xilasedicilər öz işini davam etdirir. 

Qəza səbəbindən müvəqqəti olaraq Leyden və Haaqa arasında qatarların hərəkəti məhdudlaşdırılıb.