Rusiya qoşunları Kiyevdə ərzaq anbarını artilleriya atəşinə tutdu - FOTO

Rusiya qoşunları Kiyevdə ərzaq anbarını artilleriya atəşinə tutdu - FOTO
Dünya 12 Mart 2022 13:11

Dünən gecə Ukraynanın Kiyev vilayətinin Kvitnevoye kəndi Rusiya qoşunları tərəfindən artilleriya atəşinə tutulub. Nəticədə dondurulmuş ərzaqların saxlandığı anbarlarda yanğın baş verib.

Bu barədə yerli Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

İlkin məlumatlara görə ölən və ya yaralanan yoxdur.