Bakıda "Kardeşler" kafesində dəhşətli antisanitariya: Siçovul şirniyyat piştaxtasının... VİDEO
Bakının mərkəzində bir neçə filialı olan "Kardeşler" kafesində tavandakı arakəsmələrdə gəzən siçovulu müştərilər videolentə alıb.
SİTAT.İNFO xəbər verir ki, bu videonu Axar.az saytının redaktoru Anar Niftəliyev paylaşıb.
O məkanın “Kardeşler” kafesinin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən filialı olduğunu qeyd edib: “Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”.