Tanzaniyada mədəndə baş verən subasma nəticəsində 8 nəfər ölüb

Tanzaniyada mədəndə baş verən subasma nəticəsində 8 nəfər ölüb
Dünya 11 Mart 2023 21:34

Tanzaniyanın şimal-qərbində mədəndə baş verən subasma nəticəsində azı səkkiz şaxtaçı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bölgə polisinin rəhbəri Geyt Safia Conqoya istinadən məlumat yayıb.

Məlumata görə, mədəni su basmasına səbəb güclü yağış olub.

Qəza səhər saatlarında İnando kəndi yaxınlığında baş verib.