Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb

Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
HADİSƏ 08 Mart 2023 22:26

Yevlax rayonunun Aran qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax rayon sakini, 1957-ci il təvəllüdlü Sahib Novruzov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.