“ASAN Xidmət” Mərkəzinin əməkdaşı qaçırıldı

“ASAN Xidmət” Mərkəzinin əməkdaşı qaçırıldı
HADİSƏ 09 Mart 2022 22:37

Ağcabədidə "ASAN Xidmət" Mərkəzinin qadın əməkdaşı qaçırılıb.

Sitat.info-nun xəbərinə görə, hadisə martın 7-də qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.