Ruslar Kiyevin işğalı üçün yenidən HƏRƏKƏTƏ KEÇDİ

Ruslar Kiyevin işğalı üçün yenidən HƏRƏKƏTƏ KEÇDİ
Dünya 09 Mart 2022 19:15

Rus işğalçıları Kiyevi ələ keçirməyə hazırlaşır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

“Mövcud məlumatlara görə, düşmən Kiyevi işğal etmək məqsədilə növbəti cəhdə hazırlaşmaq üçün yenidən qruplaşır”, - Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.

 

Nazirlik onu da əlavə edib ki, Fastov istiqamətində uğursuz hücumdan sonra rus işğalçıları həmin istiqamətdə hücum əməliyyatlarını bərpa etməyə cəhd edir.