Fahrettin Koca: “Azərbaycan dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir”

Fahrettin Koca: “Azərbaycan dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir”
SİYASƏT 24 Fevral 2023 23:32

"Qardaşımız, əziz dostumuz Azərbaycan dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir".

“Report” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.

"Kahramanmaraşdakı sahə xəstəxanalarından biri Azərbaycan tərəfindən yaradılıb. Həkimlərimizə təşəkkür edirik", - paylaşımda qeyd edib.