Qəfəsdən qaçan bəbir qarşısına çıxan hər kəsə hücum etdi - Ölü və yaralılar var (VİDEO)

Qəfəsdən qaçan bəbir qarşısına çıxan hər kəsə hücum etdi - Ölü və yaralılar var (VİDEO)
HADİSƏ 23 Fevral 2023 11:09

Pakistanın İslamabad şəhərində bəbir sahibinin evindəki qəfəsdən qaçıb. 

Sitat.info-nun məlumatına görə, qəfəsdən çıxaraq qaçan bəbir 1 nəfəri öldürüb, 6 nəfəri yaralayıb. Uzun sürən mübarizədən sonra zərərsizləşdirilən bəbir zooparka aparılıb.

Pakistanda evdə vəhşi heyvan saxlamaq cinayət olduğu üçün bəbir sahibinə qarşı istintaq başladılıb.

/Manset.az