Pakistanda avtobus qəzası: 12 ölü, 54 yaralı

Pakistanda avtobus qəzası: 12 ölü, 54 yaralı
Dünya 20 Fevral 2023 12:42

Pakistanın Pəncab əyalətində sərnişin avtobusunun xəndəyə düşərək aşması nəticəsində 12 nəfər ölüb, 54 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, qəza Pəncab ştatının Çakval rayonunun Kallar Kahar şəhəri yaxınlığında baş verib.

Əyləc nasazlığı nəticəsində qarşı hərəkət zolağına çıxaraq idarəetməni itirən avtobus 3 avtomobili vuraraq xəndəyə düşüb.

Qəzada 12 nəfər həyatını itirib, 54 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Seymur Bənnayev

Sitat.info