“Qarabağ” “Gent”ə qarşı

“Qarabağ” “Gent”ə qarşı
İdman 16 Fevral 2023 20:10

“Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Sitat.info xəbər verir ki, Ağdam təmsilçisi Belçikanın “Gent” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

Avropa Konfrans Liqası

1/16 finalın ilk oyunu

16 fevral

21:45. Qarabağ – Gent

Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Robin Vilde, Boyan Pandziç (hamısı İsveç).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.