ABŞ-da universitetə silahlı hücum baş verib

ABŞ-da universitetə silahlı hücum baş verib
Dünya 14 Fevral 2023 12:08

AFP-nin son xəbərinə görə, Miçiqan Dövlət Universitetində silahlı hücum olub. İlkin məlumata görə, hücum nəticəsində 3 nəfər ölüb.

Sitat.info xəbər verir ki, Miçiqan Dövlət Universitetinin polisi, Twitter hesabından verdiyi açıqlamada 5 nəfərin yaralandığını bildirib.

Kampus polisinin müvəqqəti rəis müavini Kris Rozman bildirib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Seymur Bənnayev

Sitat.info