4 gündən sonra dağıntılar altından çıxarılan qadın İlham Əliyevə salam göndərdi - VİDEO

4 gündən sonra dağıntılar altından çıxarılan qadın İlham Əliyevə salam göndərdi - VİDEO
HADİSƏ 10 Fevral 2023 13:54

Artıq qardaş ölkə Türkiyədə episentri Kahramanmaraşda olan və 10 şəhəri dağıntılara məruz qoyan zəlzələdə uçqun altında qalan insanların xilasetmə işləri davam etdirilir. 

Sitat.info xəbər verir ki, bu gün, hadisədən 4 gün sonra Azərbaycandan gedən xilasedicilər bir qadını dağıntılar altından sağ çıxarıblar. 

Xilaskarlarının Azərbaycanlı olduğunu görən qadın, Allah razı olsun, can qardaşlarım.  İlham Əliyevə də salamlarımı çatdırın" deyib. 

4 gün sonra xilasedicilərimizin köməyi ilə həyatı qurtulan qadının Azərbaycan prezidentinə salam göndərməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Məğrur,

Sitat.info