Türkiyədən bu qədər vətəndaşımız təxliyə edildi
“Artıq 201 nəfər Azərbaycan vətəndaşı Türkiyənin Qaziantep, Malatya, Adana, Diyarbəkir, Kahramanmaraş, Elazığ bölgələrindən təxliyə olunub”.
Bu barədə “Sitat..info”nun sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.
“Aralarında 3-4 nəfər də Türkiyə vətəndaşı olmaqla təxliyə edilənlər avtobuslarla Gürcüstan sərhədinə yola düşüblər. Bu istiqamətdə əlavə tədbirlər davam etdirilir”, - deyə məlumatda qeyd olunub.