Hatayda 35 saatdan sonra bir kişi dağıntı altından sağ olaraq xilas edilib
Türkiyənin Hatay bölgəsində 35 saatdan sonra bir kişi dağıntı altından sağ olaraq xilas edilib.
Sitat.info xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib. Ölkə başçısı zəlzələ baş verən 10 əyalətdə 3 ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib.