Fahrettin Koca: 813 təcili yardım maşını və 227 MTXQ fəlakət bölgəsindədir

Fahrettin Koca: 813 təcili yardım maşını və 227 MTXQ  fəlakət bölgəsindədir
Dünya 07 Fevral 2023 03:55

Səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgələrində 813 təcili yardım maşını və 227 Milli Tibbi Xilasetmə Qrupunun növbətçi olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Fahrettin Koca sosial media hesabında  məlumat verib:

"Hazırda 813 təcili yardım maşını və 227 MTXQ briqadası fəlakət bölgəsindədir. Onların sayı ölkənin hər yerindən bölgəyə yeni köçürülənlərlə artır. Nazirliyimiz tərəfindən təyin olunmuş 4221 səhiyyə işçisi bölgədə çalışır. Bu rəqəm könüllülər və tapşırıqlarla da artmaqdadır".

Seymur Bənnayev

Sitat.info