Şagirdlər məktəbdə müəllim və polisləri girov götürdü: Bu ölkədə ŞOK OLAY
Cənubi Afrikada ə bir qrup orta məktəb şagirdi etiraz aksiyası zamanı iki polis əməkdaşını və bir müəllimi girov götürüb.
Hadisəyə müdaxilə etmək istəyən polisə daşla hücum edən tələbələr, daha sonra ələ keçirdikləri polis avtomobilini çeviriblər.
Əlavə qüvvələr gəldikdən sonra polis tələbələri dağıtmağa və girovları xilas etməyə nail olub.
Hadisə ilə bağlı 5 tələbə saxlanılıb.
Şagirdlər rəfiqəsinin ölümündə müəllimi günahlandıraraq, ölən dostlarının qoyub getdiyi intihar məktubunu sübut kimi göstəriblər.
Səid İsaoğlu,
Sitat.info