ABŞ-da silahlı hücum: yaralananlar var

ABŞ-da silahlı hücum: yaralananlar var
Gündəm 31 Yanvar 2023 19:51

ABŞ-ın Florida ştatında hərəkətdə olan avtomobildən tapançanın açılması nəticəsində 10 nəfərin yaralandığı bildirilib.

Sitat.info xəbər verir ki, Lakeland polis rəisi Sem Taylor verdiyi açıqlamada, Lakeland şəhərində silahlı şəxslərin sərnişin avtomobilindən atəş açdığını bildirib.

Silahlı hücumun "hədəfli" olduğuna inandıqlarını ifadə edən Taylor, 10 nəfərin yaralandığını bildirib.

Taylor yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu qeyd edib.

Seymur Bənnayev

Sitat.info