İranda 3 qadın jurnalist saxlanılıb
İranda qadın jurnalistlər Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zəriinin saxlanıldığı bildirilir.
Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zərii Tehranın Evin həbsxanasında saxlanılır.
Şafiinin rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyi təhdid etməkdə günahlandırıldığı qeyd edilsə də, digər 2 jurnalistə qarşı irəli sürülən ittihamlarla bağlı məlumat verilməyib.
Xatırladaq ki, ötən ilin sentyabrında başlayan Məhsa Əmini nümayişlərindən sonra ölkədə 79 jurnalist saxlanılıb.
Məğrur,
Sitat.info