Ukraynalı partizanlar rus işğalçılarını məhv etdilər

Ukraynalı partizanlar rus işğalçılarını məhv etdilər
Dünya 19 Yanvar 2023 21:54

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Kirilivka bölgəsində ukraynalı partizanlar bir qrup rus işğalçısını məhv ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın  Milli Müqavimət Mərkəzindən məlumat verilib.
"Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə partizanlar işini davam etdirir. Kirillovkada partizanlar şəhərdəki evlərdən birini zəbt etmiş bir qrup rus əsgərini məhv etməyə nail olublar. Yaralılar da var", - məlumatda deyilir.

Seymur,
Sitat.info