Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ  oldu
HADİSƏ 19 Yanvar 2023 21:11

Pakistanın Hayber Paxtunxva əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, Pakistan Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, 5,6 bal gücündə zəlzələnin episentri Çitral şəhərindən 37 kilometr qərbdə qeydə alınıb.

Yerin 190 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində ölüm və dağıntıların olub-olmadığı hələlik bəlli deyil.

Əfqanıstanla sərhədə yaxın bölgədə baş verən zəlzələnin qonşu ölkələrdə də hiss olunduğu bildirilir.

Səid İsaoğlu,

Sitat.info