Tramp ictimaiyyət qarşısında çıxış edəcək

Tramp ictimaiyyət qarşısında çıxış edəcək
Dünya 18 Yanvar 2023 08:11

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yanvarın 28-də Cənubi Karolinada ictimaiyyət qarşısında çıxış edəcək.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu onun 2024-cü ildə Prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqladıqdan sonrakı ilk çıxışı olacaq.

Məlumata görə, çıxışı 500 adam canlı izləyəcək.