Edam cəzası alan məhkum yemək yeyərkən boğuldu
Yaponiyada iki nəfəri boğduğu üçün ölüm cəzasına məhkum edilən cinayətkar yemək yeyərkən boğularaq ölüb. Məhkəmə sənədlərinə görə, Miyuki Ueta 2009-cu ildə hər iki qurbanını narkotik maddə içdikdən sonra boğaraq öldürüb.
Xirosima həbsxanasından xəstəxanaya yerləşdirilən qadının təxminən 3 saat sonra boğularaq öldüyü təsdiqlənib.
2009-cu ildə borclu olduğu iki nəfəri öldürməkdə təqsirli bilinən Ueta 9 il əvvəl edam cəzasına məhkum edilib. Ueta qərardan apellyasiya şikayəti versə də, 2017-ci ildə ölüm hökmü qüvvədə qaldı.
Məğrur,
Sitat.info