Zakir Həsənov İrana rəsmi səfərə gedir

Zakir Həsənov İrana rəsmi səfərə gedir
SİYASƏT 25 Yanvar 2022 11:11

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb.

Müdafiə Nazirliyindən Sitat.info-ya verilən xəbərə görə, Müdafiə naziri general-polkovnik Z. Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.