"Quş qripi" səbəbindən ABŞ-da yumurtanın qiyməti rekord səviyyəyə çatdı
ABŞ-da quş qripi epidemiyası səbəbiylə yumurta istehsalının azalması ilə qiymətlər 2022-ci ildə pik nöqtəyə çatdı.
Təkrarlanan epidemiyalar nəticəsində ABŞ-da yumurta ehtiyatları 2022-ci ilin dekabr ayının son həftəsində ilin əvvəli ilə müqayisədə 29 faiz azalıb.
Ötən ilin fevralında başlayan epidemiyadan dekabrın sonuna qədər 43 milyondan toyuq məhv olub. Yumurtanın topdansatış qiymətləri tədarükün məhdud olması səbəbindən il boyu bahalaşıb.
Səid,
Sitat.info