Əfqanıstanda XİN binası önündə partlayış: 20 nəfər öldü

Əfqanıstanda XİN binası önündə partlayış: 20 nəfər öldü
HADİSƏ 11 Yanvar 2023 19:01

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası qarşısında partlayış baş verib.

Sitat.info xəbər verir ki, Talibanın sözçüsü hücumda 20 nəfərin öldüyünü və çoxlu sayda insanın yaralandığını açıqlayıb.
Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran sosial media hesabındakı paylaşımında Xarici İşlər Nazirliyinin yaxınlığında partlayış baş verdiyini açıqlayıb.

Partlayışda ölənlərin olduğunu deyən X.Zadran hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.

Taliban qüvvələri nazirliyə gedən küçələri nəqliyyatın hərəkətinə bağlayıb və ətrafda geniş təhlükəsizlik tədbirləri görüb.

Digər tərəfdən, Kabilin mərkəzindəki Təcili Tibbi Yardım Xəstəxanasının küçəsinin nəqliyyata bağlandığı və yaralıların köçürüldüyü bildirilib.

Nərgiz,

Sitat.info