Bu ölkədə quş qripi yayıldı: 10 milyon toyuq məhv edildi

Bu ölkədə quş qripi yayıldı: 10 milyon toyuq məhv edildi
Dünya 10 Yanvar 2023 18:04

Yaponiyada quş qripinə yoluxma səbəbilə məhv edilən toyuqların sayının 10 milyona çatıb.

Sitat.info xəbər verir ki, 2022-ci ilin oktyabrından sonra quş qripi  bütün Yaponiyada yayılmaqda davam edir.

Kənd Təsərrüfatı  Nazirliyi bu mövsüm quş qripi səbəbindən məhv edilən toyuqların ümumi sayının 10 milyona yaxınlaşdığını açıqlayıb.

Bu rəqəm quş qripi səbəbindən bir mövsümdə məhv edilən ən çox quş sayı olub. 2020-ci ilin noyabrından 2021-ci ilin martına qədər ölkədə quş qripi səbəbindən 9,87 milyon toyuq məhv edilib. 

Nərgiz,

Sitat.info