İki polis faciəvi şəkildə öldü

İki polis faciəvi şəkildə öldü
HADİSƏ 09 Yanvar 2023 11:19

Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib. 

DİN-in mətbuat xidmətindən "Sitat.info"ya bildirilib ki, hadisə yanvarın 8-dən 9-na keçən gecə baş verib. Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.