Amazonda 18 mindən çox işçi ixtisar olunacaq

Amazonda 18 mindən çox işçi ixtisar olunacaq
Dünya 05 Yanvar 2023 23:56

ABŞ-da yerləşən e-ticarət şirkəti Amazon-un baş direktoru Endi Jassy 18 mindən çox işçinin ixtisar ediləcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Jassi yazılı açıqlamasında "Noyabr ayında və bu gün açıqladığımız rəqəmlərə görə, 18 mindən çox insanı ixtisar etməyi planlaşdırırıq" deyə bildirib.

Bəzi bölmələrin ixtisarlardan təsirlənəcəyini qeyd edən Jassy, ​​işdən çıxarılacaq insanların əksəriyyətinin Amazon mağazaları ilə əlaqəli təcrübə və texnologiya (PXT) təşkilatında olduğunu bildirdi. Jassy həmçinin bildirib ki, ixtisarlarla bağlı yazışmalar yanvarın 18-dən başlayacaq.

Seymur Bənnayev

Sitat.info