Rusiyanın iki hərbi hissəsi yox edildi

Rusiyanın iki hərbi hissəsi yox edildi
Dünya 03 Mart 2022 11:15

Rusiyanın Saratov şəhərindəki N saylı hərbi hissənin şəxsi heyətinin 80 faizi Ukraynada öldürülüb.

Teleqraf.com- xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

“Martın 2-nə olan məlumata görə, 5840 rus hərbçi həlak olub. Kamışin şəhərində yerləşən hərbi hissə (Volqoqrad vilayəti) şəxsi heyətinin 70 faizini itirib. Saratov şəhərindəki hərbi hissənin şəxsi heyətinin isə 80 faizi öldürülüb”, - məlumatda bildirilib.