Azərbaycanda daha bir AĞIR QƏZA: 6 nəfər xəsarət aldı

Azərbaycanda daha bir AĞIR QƏZA: 6 nəfər xəsarət aldı
HADİSƏ 03 Yanvar 2023 15:28

Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Daşqaya deyilən ərazisində olub. 

Belə ki, hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb.

Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.