Şəmkirdə yol qəzası - Ölən və yaralananlar var

Şəmkirdə yol qəzası - Ölən və yaralananlar var
HADİSƏ 03 Yanvar 2023 11:00

Şəmkir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən “Sitat.info”ya verilən məlumata görə, yanvarın 2-si saat 3 radələrində şəhər sakini S.Pənahov idarə etdiyi “Hyundai” markalı avtomobili dirəyə vurub.

Nəticədə S.Pənahovun sərnişini həmyerlisi Məhərrəm Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişini T.Məmmədli xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.