Bakı-Astara yolunda güclü partlayış

Bakı-Astara yolunda güclü partlayış
HADİSƏ 03 Yanvar 2023 08:53

Bakı - Astara yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yanacaq daşıyan maşında partlayış baş verib.

“Sitat.info”nun məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Hadisə zamanı yanacaqdaşıyan tırla kamazın toqquşduğu və daha bir neçə maşının zərər şəkdiyi bildirilir.

FHN-dən “Qafqazinfo”nun sorğisuna cavab olaraq bildirilib ki, 112 qaynar xəttinə daxil olan məlumata əsasən, Qobustan qəsəbəsində yol kənarında yanacaq daşıyan maşln yanır: “FHN-in qüvvələri dərhal hadisə yerinə geriblər. Əlavə məlumat veriləcək”.