Bakıda binada partlayış oldu - Ölən var- Video

Bakıda binada partlayış oldu - Ölən var- Video
HADİSƏ 02 Yanvar 2023 16:00

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşayış binasında dəhşətli partlayış olub.

"Qafqazinfo" xəbər verir ki, partlayış çoxmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Partlayış zamanı zərbənin gücündən 18-ci mərtəbədə yaşayan şəxs pəncərədən yerə düşərək ölüb.

Hadisə ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılıb.

***

TƏBİB-dən bildirilib ki, hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.

Hazırda 2 nəfər təxliyyə olunur.