Azərbaycanda ağır qəza - 4 nəfər xəsarət alıb

Azərbaycanda ağır qəza - 4 nəfər xəsarət alıb
HADİSƏ 02 Yanvar 2023 09:19

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sitat.info-ya bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21099" və "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.