Seçkilərə 1 il qalıb- Putinin əsas işi müharibəni qələbə ilə başa çatdırmaqdır" - Peskov

Seçkilərə 1 il qalıb- Putinin əsas işi müharibəni qələbə ilə başa çatdırmaqdır\" - Peskov
Dünya 30 Dekabr 2022 15:58

"2024-cü ildə keçiriləcək prezident seçkiləri 2023-cü ildə Vladimir Putinin işində əsas amil olmayacaq, onun üçün ən vacibi real əməllərdir".

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.

Peskov deyib ki, Putin üçün seçkilər  heç vaxt əsas olmayıb, önəmli olan  işdir və nəticədir: " Xüsusilə söhbət ölkəmizin tarixində hər kəsin məsuliyyətinin qat-qat artdığı belə taleyüklü məqamdan gedirsə...”, - Peskov deyib.

Peskov vurğulayıb ki, belə bir ərəfədə ölkəsinin başladığı müharibə qələbə ilə bitməlidir.

Nərgiz,

Sitat.info