Bu ölkəni sel və daşqınlar bürüdü: 44 nəfər öldü
Filippində güclü yağışdan sonra baş verən daşqınlarda həyatını itirənlərin sayı 44-ə yüksəlib.
Filippində yağan güclü yağışın səbəb olduğu daşqınlardan ölkənin 34 əyaləti və ən azı 10 bölgəsinin zərər çəkdiyi bildirilib.
Açıqlamada 600 minə yaxım insanın daşqınlardan zərər çəkdiyi, on minlərlə insanın müvəqqəti sığınacaqlarda qaldığı paylaşılıb.
Hər il tayfun və tufan kimi orta hesabla 20 fəlakətlə üzləşən Filippin təbii fəlakətlərdən ən çox əziyyət çəkən ölkələrdən biridir.