İranda fabrikdə partlayış: 60-dan çox yaralı var

İranda fabrikdə partlayış: 60-dan çox yaralı var
HADİSƏ 26 Dekabr 2022 20:47

İranın Şərqi Azərbaycan ərazisində boya fabrikində baş verən partlayış nəticəsində 65 nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, Atlasfam Paint boya zavodunda baş verən partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb.

Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Mencem açıqlamada verərək bildirib ki, bu gün yerli vaxtla saat 12:42-də Atlasfam Paint adlı boya fabrikində partlayış baş verib. Partlayış nəticəsində 150 ​​nəfər zərər çəkib, 10-u ağır olmaqla 65 nəfər yaralanıb. Mencem hadisə yerinə 3 xilasetmə qrupu və təcili yardım maşınlarının göndərildiyini bildirib.

Yaralıların şəhər və ətraf bölgələrdəki xəstəxanalara çatdırıldığını açıqlayan rəsmilər bildiriblər ki, partlayışın şiddətindən yaralı sayının artma ehtimalı davam edir. 

Məğrur, 

Sitat.info