Azercell jurnalistə 700 manat borc yazdı: "Bu qədər də olmaz..." FOTO

Azercell jurnalistə 700 manat borc yazdı: \"Bu qədər də olmaz...\" FOTO
Gündəm 26 Dekabr 2022 13:09

"Biri bu Azercell-in soyğunçuluğunu durdursun. Rominqdə bilmədən internetim açılıb, kredit limitim 60 manat olduğu halda, 1saat olmadan, nömrəmə 697.38 AZN borc yazıb".

Sitat.info  xəbər verir ki, bu sözləri Reaksiya TV-nin rəhbəri Zuar Qəriboğlu yazıb. 

O qeyd edib ki, belə bir borcun yazılması məntiqsizdir: "Bu hansı məntiqdir ki? Nömrənin kredit limiti 60 manatdırsa, necə olur, 697.38 AZN borc yazırsınız? Qayıdım, məhkəməyə müraciət edəcəyəm! Olmaz belə, bu qədər də olmaz! Əvvəllərdə bu halla qarşılaşmışdım, az məbləğ olduğu üçün ödəmişdim ki, vaxt itirməyim. Amma bunu keçməyəcəm!".

Məğrur, 

Sitat.info

Azercell jurnalistə 700 manat borc yazdı: \"Bu qədər də olmaz...\" FOTO